Azərbaycan XİN: “İran Azərbaycanın verdiyi son notaya hələ cavab verməyib”

Azərbaycan XİN: “İran Azərbaycanın verdiyi son notaya hələ cavab verməyib”

Azərbaycan şairlərinin İranda saxlanılması məsələsi daim XİN-in diqqətindədir və məsələ ilə Azərbaycanın həm Təbrizdəki konsulluğu, həm də Tehrandakı səfirliyi məşğul olur. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib: "Onlar bu məsələ ilə məşğuldur. Vətəndaşlarımıza baş çəkmək, onların həbsinin səbəblərini və saxlanma şəraitini öyrənmək bizim üçün vacibdir. Lakin hələlik İran tərəfi sorğumuzu cavablandırmayıb".

E. Abdullayev deyib ki, Azərbaycanın İrana verdiyi son notaya qarşı tərəf hələ cavab verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə