Politoloqlar cəbhədəki son vəziyyəti müzakirə etdilər

Politoloqlar cəbhədəki son vəziyyəti müzakirə etdilər
Bu gün "RİA Novosti"nin konfrans zalında Cənubi Qafqaz politoloqları diskussiya klubunun 21-ci iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda cəbhə bölgəsindəki vəziyyət, eləcə də regionda baş verən hərbi-siyasi məsələlər müzakirə olunub. Politoloq İlqar Vəlizadə iclası giriş nitqi ilə açaraq cəbhədəki son vəziyyətə toxunub. Bildirilib ki, bu atışmalar tarixən də mövcud olub və hələ də davam etməkdədir. İ.Vəlizadə ABŞ dövlət katibi Hillari Klintonun region səfərinə də toxunaraq qeyd edib ki, bu səfərdə xanım diplomat müxtəlif bəyanatlarla çıxış edib ki, burada da başlıca olaraq Azərbaycan və Ermənistan tərəfinin sülh prosesinə qoşulması idi:

"Bununla da bir növ Azərbaycana təzyiqlər gücləndirilir. Hesab edirəm ki, rəsmi Bakı güzəşt addımı atmır və bundan sonra da atmayacaq. Amma buna baxmayaraq təəssüflər olsun ki, böyük dövlətlərdə təmsil olunan müxalifət qüvvələri bu məsələlərin dondurulmasında çox maraqlıdır\".


Politoloq Zərdüşt Əlizadənin fikrincə isə H.Klintonun səfəri ərəfəsində Azərbaycan ordusunda itkilərin baş verməsi qabaqcadan Ermənistan tərəfindən planlaşdırılmış bir siyasi taktika idi. Onun sözlərinə görə, onlar bununla bildirmək istəyiblər ki, cəbhə bölgəsində vəziyyət son dərəcə dözülməz həddədir.


Politoloq Fikrət Sadıxov və Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu isə məsələni bu cür xarakterizə edib:


"Ordumuzdakı itkilərin başlıca səbəbi H.Klinton olub. Burada Ermənistanın maraqları ondan ibarətdir ki, düşmən qüvvələri hesab edirlər ki, 1990-cı ildəki qalibiyyətlərini yenidən təkrarlaya bilərlər. Məhz buna görə də Rusiya tərəfi Ermənistanın strateji müttəfiqi kimi hərbi- siyasi proseslərdə xüsusi rol oynayır. İran dövlətinin isə son günlərdə Azərbaycanla münasibətlərinin korlanması Ermənistana bir stimul verir".

Bütün xəbərlər Facebook səhifəmizdə