İran Azərbaycanın notasına cavab verib. Azərbaycan xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev SİA-ya açıqlamasında deyib ki, rəsmi Tehran Azərbaycan vətəndaşları olan iki şair Fərid Hüseyn və Şəhriyar Hacızadənin həbsi ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin notasına cavab verib: "İran öz cavab notasında bildirib ki, Azərbaycan vətəndaşları olan F. Hüseyn və Ş. Hacızadə "cinayət törətmək cəhdinə görə" həbs olunub\".
E. Abdullayev qeyd edib ki, Azərbaycanın Təbrizdəki Baş Konsulluğu İran tərəfindən tezliklə F. Hüseyn və Ş. Hacızadə ilə görüş üçün şərait yaradılmasını xahiş edib: "Azərbaycan vətəndaşları haqda məlumat alınması və onların təhlükəsizliyi Azərbaycanın xaricdəki diplomatik missiyalarının prioritet vəzifəsidir. Ona görə də diplomatlarımız bizim vətəndaşlarla görüşməli, onların durumu və saxlanma şəraiti ilə tanış olmalı və həbs barədə daha detallı informasiya almalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB