Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyindən verilən xəbərə görə, iyunun 20-21-də Brüsseldə Azərbaycan-Avropa İttifaqı Parlamentlərarası Əməkdaşlıq Komitəsinin (PƏK) növbəti, 12-ci iclası keçirilib.
İclasda Azərbaycan Respublikası Milli Məclisinin sədr mavini Valeh Ələsgərovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətinin tərkibinə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev və İqtisadi İnkişaf Nazirliyinin əməkdaşı daxildir.
Avropa İttifaqı Parlamentlərarası Əməkdaşlıq Komitəsinin Cənubi Qafqaz üzrə nümayəndəliyinin rəhbəri deputat M.Çabrnox və Milli Məclisin sədr müavini V.Ələsgərovun həmsədrliyi ilə iclasda Aİ-nin Genişlənmə və Qonşuluq siyasəti üzrə Komissarı Ş.Füle, bölgə üzrə xüsusi nümayəndəsi F.Lefor, eləcə də Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir R.Kobia iştirak ediblər. İclasda Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişafından danışılıb, əməkdaşlığın strateji səciyyə daşıdığı vurğulanıb, münasibətlərin daha da dərinləşəcəyi bildirilib.
Avropa İttifaqının rəsmiləri ölkəmizdə aparılan islahatları, Şərq Tərəfdaşlığı proqramı çərçivəsində parlament əməkdaşlığının genişləndirilməsinə, Qara Dəniz bölgəsində münasibətlərin dərinləşməsinə Azərbaycanın töhfələrini yüksək qiymətləndiriblər.
İclasda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması, bu məsələdə Aİ-nin rolu barədə müzakirələr aparılıb, parlamentlər arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB