"Böyük iyirmilik" ölkələrinin sammitində həmsədr ölkələrin liderlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinə müraciəti regionda müharibənin başlama təhlükəsindən xəbər verir. Bu barədə SİA-ya açıqlama verən politoloq Ərəstun Baxışəliyev qeyd edib ki, son dövrlər cəhbə xəttində baş verən hərbi insident Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş olmadığını təsdiqlədi: "Azərbaycan tərəfi dəfələrlə haqlı narazlığını həmsədr ölkələrinə çatdırsa da buna ciddi əhəmiyyət verilməmişdi. Qeyd edək ki, 20 ildən artıqdır ki, danışıqların aparılmasına baxmayaraq Ermənistan konstruktiv mövqe ortaya qoymayıb, bu da Azərbaycanın ciddi etirazına səbəb olub".
Onun sözlərinə görə, Azərbaycan tərəfi istər Rusiya, istər Fransa həmsədrləri ilə danışıqlarda bildirib ki, artıq Qarabağ problemi elə bir həddədir ki, bu ya hərb, ya da sülh yolu həll olunmalıdır: "Artıq sülh danışıqları bitib. Ona görə də cəhbədəki durum elə bir vəziyyətdədir ki, hərbi yola hər an əl atıla bilər. Son dövrlərdə cəhbə bölgəsində artan vəziyyət də bunu sübut elədi".
Politoloqun fikirincə, regionda cərayan edən gərginlik qlobal problemə çevrilə bilər.
"Bu səbəbdən də tərəflər artıq bir qərara gəlməlidir. Zaman baxımından götürəndə dəyişikliyin olması gözləniləndir. Çünki artıq cəhbədə gərgin bir vəziyyət yaranıb. Tərəflər arasında atışma hər gün qeydə alınır. Cəhbədə yaranmış ABŞ-ın, Rusiyanın və Fransanın diqqətindədir. Onlarda vəziyyətin gərginliyini başa düşür. Tərəflər çalışır ki, müharibə alovlanmasın",- deyə Ərəstun Baxşəliyev qeyd edib.
Qeyd edək ki, ötən gün Rusiya, ABŞ və Fransa prezidentləri Azərbaycan və Ermənistan dövlət başçılarını Dağlıq Qarabağ probleminin həllinin əsas prinsiplərinin razılaşdırılmasını sürətləndirməyə çağırıblar. Bu barədə G20 sammitində üç ölkə liderləri tərəfindən qəbul edilmiş bəyanatda deyilir. Bəyanatda qeyd olunur: "2011-ci il mayın 26-da Dovildə qəbul edilmiş birgə bəyanatda Azərbaycan və Ermənistan prezidentlərini qətiyyəti addımlar atmağa çağırsaq da çox təəssüf ki, onlar bu addımlar atmayıblar".
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə