Müdafiə Nazirliyi: "Zahid Məmmədov üçün təhlükə sovuşub"

"Mina partlaması nəticəsində bir ayağını itirən Azərbaycan Milli ordusunun zabiti Zahid Məmmədov üçün təhlükə sovuşub". Bu sözləri SİA-ya verdiyi açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev bildirib. Onun sözlərinə görə, hazırda zabitin vəziyyəti qənaətbəxş və stabildir: "O, hazırda Müdafiə Nazirliyinin hərbi hospitalında müalicə alır. Həkimlərin rəyinə əsasən sağalma ehtimalı böyükdür".


Məlumat üçün bildirək ki, iyunun 9-dan 10-na keçən gecə Azərbaycan ordusunun zabitləri İlqar Verdiyev və Zahid Məmmədov Azərbaycan-Ermənistan təmas xəttinin Gorbanboy rayonu istiqamətində minaya düşüb.

Daha əvvəl Müdafiə Nazirliyinin mətbuat xidmətində rəis müavini vəzifəsində işləmiş İ. Verdiyev iyunun 14-də müalicə olunduğu Silahlı Qüvvələrin Mərkəzi Kliniki Hospitalına dünyasını dəyişib.


Mənzər Ərçəqızı

Bütün xəbərlər Facebook səhifəmizdə