Azərbaycan Respublikası baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə açıqlamasında Rusiya prezidenti Vladimir Putinin Ermənistanın Dağlıq Qarabağla bağlı dövlət siyasətini müəyyən edəcəyinə, münaqişəni yoluna qoyacağına ümidvar olduğunu bildirib.
O deyib ki, heç bir təbii sərvətlərə malik olmayan, coğrafi əhəmiyyətini itirən, dünyadan təcrid edilən Ermənistan insan haqları pozulan, demokratik inkişafdam məhrum olan ölkədir.
ATƏT-in Minsk Qrupunun həmsədrlərindən olan Fransanın erməniyönümlü mövqe tutduğunu vurğulayan Ə.Həsənov digər həmsədr ABŞ-ın Rusiyasız bu məsələyə dair mövqeyini müəyyən edə bilmədiyi qənaətindədir. Baş nazirin müavininin fikrincə, Rusiya Azərbyacanın regionda hazırki mövqeyini, respublikanın dünya cəmiyyətinə inteqrasiyasını, beynəlxalq nüfuzunu nəzərə alaraq Dağlıq Qarabağ probleminə son qoyacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB