Regionun nüvə problemi İstanbulda müzakirə olundu

Regionun nüvə problemi İstanbulda müzakirə olundu

Nüvə problemi ilə əlaqədar İstanbulda 10 ölkə xarici işlər nazirlərinin görüşü keçirilib. SİA-nın məlumatına görə, Türkiyə, Almaniya, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, Niderland, Yaponiya, Kanada, Meksika, Polşa və Çili xarici siyasət idarələri rəhbərlərinin görüşündə nüvə məsələlərinə dair problemlər müzakirə olunub.


Xatırladaq ki, məhz bu ölkələr 2010-cu ildə nüvə silahının yayılmasının qarşısını almaq üçün tədbirlər haqda müqavilə imzalayıb.


Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, nüvə silahının mövcudluğu və yayılması hər hansı milli və ya beynəlxalq təhlükəsizliyə töhfə deyil.


İstanbul görüşündə Yaxın Şərqdəki vəziyyət də müzakirə olunub. Tədbir iştirakçıları yekdilliklə regionda nüvə gərginliyinin yaranmasında maraqlı olmadıqlarını bəyan ediblər.


İranın nüvə məsələsinə gəldikdə isə, Əhməd Davudoğlu bunula bağlı Moskvada keçiriləcək danışıqlarda konkret nəticələrin əldə olunacağına ümid etdiyini bildirib.


"Məsələ Türkiyənin də regionda təhlükəsizliyindən getdiyindən Ankara İranın nüvə proqramının həlli məsələsinə maksimum dəstək nümayiş etdirəcək",- deyə Davudoğlu vurğulayıb.


İsrailin nüvə məsələsilə bağlı sualı cavablandıran Türkiyə XİN rəhbəri deyib: "Bizim məqsədimiz regionu nüvə silahından azad etməkdir. İsrailə də İrana göstərilən kriteriyadan yanaşılacaq".


Tədbirin sonunda bəyanat qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə