Bahar Muradova: \"Diffamasiya haqqında\" qanunu qəbul etmək üçün Azərbaycanda yetərli siyasi iradə var\"

Azərbaycanda da "Diffamasiya haqqında" qanunun qəbulu vacibdir. SİA-nın xəbərinə görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri Eymon Gilmor Milli Məclisdə vitse-spiker Bahar Muradova ilə görüşündə bildirib. O vurğulayıb ki, bu qanun digər Cənubi Qafqaz ölkələrində də mövcuddur: \"Azərbaycan Cənubi Qafqazda qeyd olunan qanunu hələlik qəbul etməyən yeganə ölkədir. Ona görə hesab edirəm ki, artıq Azərbaycanda da belə bir qanunun qəbulu vacibdir və onun həyata keçirilməsi tezləşdirilməlidir".


Bahar Muradova isə bu məsələyə cavabında qeyd edib ki, bu qanunun qəbulu ilə bağlı hazırda Azərbaycanda iş aparılır. Onun sözlərinə görə, Azərbaycanda kifayıt qədər yetərli siyasi iradə var ki, bu qanunu qəbul etsin: \"Bu qanunun qəbulu zamanı bir çox ölkələrin beynəlxalq təcrübəsini öyrənməyə çalışırıq. Amma Avropa Şurasının üzvü olan 25 ölkə var ki, onlarda da bu qanun hələ qəbul olunmayıb. Bizə də maraqlıdır ki, niyə bu barədə onlarda da iş getmir və diffamasiya haqqında qanun onlarda da qəbul olunmayıb\".

Bütün xəbərlər Facebook səhifəmizdə