Elmar Məmmədyarov Beynəlxalq Ədalət Məhkəməsinin prezidenti ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Ədalət Məhkəməsinin prezidenti Peter Tomka ilə görüşüb. XİN-in mətbuat xidmətindən SIA-ya verilən məlumata görə, P. Tomka BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin strukturu, yurisdiksiyası, hal-hazırda baxdığı işlər və məhkəmə sistemində aparılan islahatlar barədə danışıb. E. Məmmədyarov Azərbaycan Respublikasının demokratik dövlət kimi qanunun aliliyinə hörmətlə yanaşdığını, müvafiq beynəlxalq mübahisə və münaqişələrin beynəlxalq hüququn prinsip və normaları əsasında həllinin tərəfdarı olduğunu, ölkənin BMT-nin tam hüquqlu üzvü kimi Beynəlxalq Ədalət Məhkəməsinin fəaliyyətini dəstəklədiyini bildirib.
Görüş zamanı qarşılıqlı maraq kəsb edən digər məsələlər də müzakirə olunub.
Görüş zamanı qarşılıqlı maraq kəsb edən digər məsələlər də müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB