"Ankara Azərbaycanın işğal olunmuş ərazilərində gərginliyin artmasından narahatdır". Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.
Türkiyə mediası xəbər verir ki, Ə.Davudoğlu cəbhə xəttində beş azərbaycanlı hərbçinin qarşı tərəfdən açılmış atəş nəticəsində həyatını itirməsindən danışıb. "Biz qoşunların təmas xəttində beş azərbaycanlı hərbçinin həyatını itirməsindən çox təəssüflənirik. Biz onlara yas tuturuq. Minsk qrupu isə problemin həllinin tapılması üçün hər şeyi etdi. Ancaq erməni tərəfi buna lazımi reaksiya vermədi", - deyən Ə.Davudoğlu Qafqazda stabilliyin Türkiyə üçün prioritet vəzifə olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB