Bəzi ölkələr İranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə münasibətlərində təxribata əl atır. Bunu İranın Agentlikdəki daimi təmsilçisi Əli Əsgər Sultaniyə bəyan edib. O, İranla Beynəlxalq Atom Enerjisi Agentliyi arasında bu dəfə də nəticəsiz qalan danışıqlardan sonra belə bəyanatla çıxış edib.
Sultaniyə Agentliklə yaxın vaxtlarda yeni danışıqların aparılacağını, lakin görüşün vaxtının hələ təyin olunmadığını deyib. Onun sözlərinə görə, İranla Agentlik arasında heç bir ciddi problem yoxdur. "Razılığa gələ bilməməyimizin səbəbi Amerika Birləşmiş Ştatları və İsrail kimi ölkələrin İranın nüvə proqramına aid həqiqət olmayan məlumatları ictimaiyyət arasında yayması və təxribat törətməsidir", - Əli Əsgər Sultaniyə deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB