8 ədəd tank əleyhinə mina aşkar edilib

2012-ci ilin may ayı ərzində 2,744,840 kv metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. ANAMA-dan SİA-ya verilən məlumata görə, 384 PHS və 29 ədəd piyada və 8 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət iştirak edib. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edib. İndiyədək cəmi 192,992,811 kv metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 671,788 -dir.


Qeyd edək ki, agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Gəncə, Gədəbəy, Göygöl, Tərtər və Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

Məlumat üçün bildirək ki, 2012-ci ilin may ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.



Bütün xəbərlər Facebook səhifəmizdə