NATO son günlər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yaranan gərginlik, baş verən insidentlərdən təəssüf hissi keçirir. SİA-nın xəbərinə görə, NATO-nun Cənubi Qafqaz üzrə nümayəndəsi Uilyam Lau (William Lahue) jurnalistlərə açıqlamasında deyib ki, beynəlxalq təşkilat yaranan vəziyyətin regionda daha da qeyri-sabitliyə yol açmayacağına ümid edir.
Azərbaycanın ərazi bütövlüyünün hər zaman NATO tərəfindən dəstəkləndiyini deyən U.Lau qeyd edib ki, amma NATO Qarabağ probleminin nizamlanması ilə bağlı aparılan danışıqlar prosesində iştirak etmir: \"Bu prosesdə ATƏT-in Minsk Qrupunun bu istiqamətdə səylərini dəstəkləyirik\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB