Avropa Birliyi cəbhədəki son hadisələrdən narahatdır

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia son günlər cəbhə bögəsində insan itkisi ilə nəticələnən insidentlərə münasibət bildirib. SİA-ya açıqlama verən səfir mövcud vəziyyətdən xəbərdar olduğunu bildirib, münaqişəni sülh yolu ilə həll etməyə, güc tətbiqindən çəkinməyə çağırıb: "Təmas xəttində baş verən hadisə ilə bağlı bizdə məlumat var. Bu hadisə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım göstərməyəcək, əksinə mənfi təsir edəcək. Həmçinin insident nəticəsində bir neçə ailə hüzn yaşadı".

R. Kobia vurğulayıb ki, münaqişənin nizamlanması ilə bağlı aparılan danışıqlar prosesi davam etdirilməlidir: "Çünki mövcud vəziyyət uzun müddət davam edə bilməz. Münaqişənin tənzimlənməsi üçün ümumi razılığın əldə olunması vacibdir. İnanıram ki, aparılan müzakirələr nəticəsində əldə olanan ümumi razılıq münaqişə tərəflərinə xeyir verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə