Əli Həsənov: \"İt qorxusundan hürür\"

\"İt qorxusundan hürür". SİA-nın verdiyi məlumata görə, bunu son günlər Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttinlə törətdiyi təxribatlara münasibət bildirən Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov söyləyib. O deyib ki, ermənilərin cəbhədəki təxribat cəhdləri onların qorxduğunu göstərir: "Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verənləri təxribatdan başqa bir şey hesab etmirəm. Hesab edirəm ki, ABŞ-ın dövlət katibi Hillari Klintonun səfəri Ermənistana himayədarlıq edən dövlətləri qane etmir və bu təşkilati işlərdə iştirak edirlər. Ermənilər bununla iç üzlərini dünyaya göstərirlər".

Əli Həsənov ATƏT-in Minsk Qrupunun fəaliyyətini də toxunub: "20 ildir, həmsədr dövlətlər hər iki dövləti müharibədən çəkinməyə dəvət edirlər. Amma özləri heç bir addım atmırlar. Bəyanat vermək asandır. Bu bəyanatı verənlər, bu problemin həllində iştirakı olanlar hansı addımı atırlar? Problemi həll etmək üçün hansı işlər görürlər? Əgər belə yanaşsaq, onların bəyanatları boş sözlərdən başqa bir şey deyil. Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, Azərbaycan bu ədalətsiz vəziyyətlə heç zaman barışmayacaq. Ermənistan mövqeyindən əl çəkməsə, Azərbaycan Silahlı Qüvvələri istənilən vaxt torpaqları azad edəcək. Bu bəyanat bu gün də qüvvədədir. Sərkisyan nə sayıqlayır, onun öz işidir. O da qorxudan sayıqlayır. Ermənistan artıq pis vəziyyətdədir. Hesab edirik ki, problemin açarını əlində saxlayan Rusiya öz obyektiv münasibətini ortaya qoyacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...