Qazaxıstan Senatının sədri Azərbaycana gəlib

Qazaxıstan Senatının sədri Kayrat Mami Azərbaycana gəlib. K.Mami jurnalistlərə açıqlamasında səfər zamanı ikitərəfli əlaqələr müzakirə ediləcəyini bildirib.


Qonaq ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini söyləyərək qarşılıqlı səfərlərin intensivliyini buna misal kimi göstərib: "Azərbaycan Xəzər regionunda Qazaxıstanın əsas tərəfdaşıdır".


Səfər iyunun 9-na qədər davam edəcək. Onun səfəri çərçivəsində Milli Məclisin spikeri Oqtay Əsədov və baş nazir Artur Rasizadə ilə görüşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə