ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa son günlər Azərbaycan və Ermənistan sərhədində 8 nəfərin ölümü ilə nəticələnən insidentlərin baş verməsindən narahatdır. "Regnum"un verdiyi məlumata görə, bu barədə Fransa XİN-in rəsmi saytında yerləşdirilən bəyanatda bildirilir.
Bəyanatda qeyd edilir ki, Qarabağ münaqişəsini güc vasitəsi ilə həll etmək mümkün deyil: "Tərəflər BMT-nin nizamnaməsi və Helsinki Yekun Aktının güc tətbiq olunmaması, ərazi bütövlüyü və xalqların öz müqəddəratını həll etməsi prinsiplərinə əsaslanan nizamlanma prosesinə sadiq olmalıdır".
Bəyanatda həmçinin bildirilir ki, Fransa iyun ayında Parisdə keçiriləcək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin və həmsədrlərin Qarabağ münaqişəsinin dinc yolla həllinə dair danışıqların aparılmasına hazırlıq görür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB