Bu gün "Araz" Ziyalılar İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "Naxçıvan Muxtar Respublikasının qədim tarixi və mədəniyyətinin xaricdə təbliği" adlı layihə ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Milli QHT Formunun prezidenti Rauf Zeyni, "Araz" Ziyalılar İctimai Birliyinin sədri Nizami Məmmədov və digər QHT nümayəndələri iştirak edib. Açılış sözü ilə çıxış edən "Araz" Ziyalılar İctimai Birliyinin sədri Nizami Məmmədov həyata keçirilən layihənin məqsədindən danışıb: "Naxçıvan bölgəsi Azərbaycanın ayrılmaz hissəsidir, lakin çox təəssüf ki, mənfur düşmənimiz Ermənistanın işğalçılıq siyasəti nəticəsində Naxçıvan blokada şəraitindədir. Bu layihəni həyata keçirməkdə məqsədimiz Naxçıvan Muxtar Respublikasının əzli və əbədi Azərbaycan torpaqları olduğunu dünyaya çatdırmaqdır".
Sədr layihə çərçivəsində "Araz" Ziyalılar İctimai Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə 29-30 may tarixində Rusiyanın Sankt-Peterburq şəhərində konfrans-sərgi keçirildiyini qeyd edib. "Tədbirdə Naxçıvan Muxtar Respublikasının tarixinin, mədəniyyətinin, musiqisinin və turizm imkanlarının təbliğilə əlaqədar olaraq Muxtar Respublika ərazisində mövcud olan qədim tarixi abidələrin 40-dan artıq fotoşəkilləri, 8 dəqiqəlik "Azərbaycanın qədim diyarı Naxçıvan" filmi nümayiş etdirilib, 50 ədəd disk, Naxçıvana həsr olunmuş "Vətən dərdi" və digər bir çox kitablar və broşuralar tədbir iştirakçılarına təqdim olunub",-deyə o əlavə edib.
Daha sonra Milli QHT Formunun prezidenti Rauf Zeyni çıxışında layihənin həyata keçirilməsinin önəmliliyindən danışıb. "Təxminən 100 il ərzində Azərbaycan Respublikasının 40%-dən çox torpağı işğal olunub. Son dövrlərdə isə işğalçı Ermənistan Naxçıvan MR-nın Ermənistana birləşdirilməsini tələb edir. Tələbin qeyri –qanunu olduğunu dünya ictimaiyyətinə və ziyalılarına çatdırmaq hər birimizin borcudur. Bu məqsədlə də layihənin Sankt-Peterburqda keçirilməsi Naxçıvan Muxtar Respublikasının qədim Azərbaycan torpağı olduğunu şəhərin yerli sakinlərinin və orada yaşayan azərbaycanlı gənclərin diqqətinə çatdırılmasına xidmət edir. Düşünürəm ki, Naxçıvanın Azərbaycanın ayrılmaz bir hissəsi olduğunu tək Rusiya Federasiyasında yox, eləcə də digər dövlətlərdə təbliğ etməliyik",-deyə R.Zeyni qeyd edib.
Tədbir təklif və müzakirələrlə davam etdirilib.
Nərmin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB