Birləşmiş Ştatların dövlət katibi Hilari Klinton Cənubi Qafqaza səfərinin ikinci günündə Gürcüstanda olub. Dövlət katibi Gürcüstan prezidenti, eləcə də müxalifət nümayəndələri ilə görüşüb. Bir qədər əvvəl Hillari Klinton Gürcüstanda görüşlərinin yekunlarına dair prezident Mixail Saakaşvili ilə birgə mətbuat konfrası keçirib. Saakaşvili ABŞ-ın gənc gürcü demokratiyasını dəstəklədiyi üçün Hillari Klintona təşəkkürünü bildirib. Görüş zamanı Hillari Klinton bildirib ki, payızda Gürcüstanda baş tutacaq parlament seçkiləri ölkədə demokratik islahatların keçirildiyini sübut etmək üçün yaxşı imkan olacaq.
"Gürcüstan inqilabdan sonra demokratiyanın möhkəmləndirilməsi üçün uğurlu və vacib addımlar atıb. İndi isə ədalətli, şəffaf seçki keçirilməsi yolu ilə ölkədə demokratiyanın və hakimiyyətin qanuni olduğunu nümayiş etdirmək lazımdır. Bütün namizədlər və partiyalar xalqın seçimini dəstəkləməlidir", - deyə o vurğulayıb.
Qeyd edək ki, mətbuat konfrasında Mixail Saakaşvili Hillari Klintona Gürcüstan pasportunu təqdim edib./ANS TV/
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB