Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Avropa Şurası və Yerli Demokratiya Qurumları Assosiasiyasının təşkilatçılığı ilə İtaliyanın Venesiya-Friuli Giulia regionunda keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış edəcək. QHT Şurasından SİA-ya verilən məlumata görə, "Fəal vətəndaşlıq və qonşu ölkələrdə yerli demokratiyanın gücləndirilməsi: qazanılmış təcrübə və Cənub-Şərqi Avropadan orta regionlara qədər olan imkanlar" mövzusunda keçiriləcək konfrans vətəndaş cəmiyyəti institutlarının möhkəmləndirilməsi və vətəndaşların ictimai fəaliyyət üzrə təcrübə mübadiləsi imkanlarının genişləndirilməsi məsələlərinə həsr olunub.

Qeyd edək ki, A.Quliyevin məruzəsi QHT, hökumət, bələdiyyə orqanlarının birgə fəaliyyəti və beynəlxalq əməkdaşlıq sahəsində qazanılmış Azərbaycan təcrübəsini əhatə edir.

Məlumat üçün bildirək ki, konfrans iyunun 6-dan 10-dək davam edəcəkd.



Bütün xəbərlər Facebook səhifəmizdə

loading...