Paytaxt yollarından birində hərəkət məhdudlaşdırıldı

Paytaxt yollarından birində hərəkət məhdudlaşdırıldı
Bu gündən etibarən Zabrat-Sabunçu-Bakı istiqaməti istisna olmaqla yolun Sabunçu qovşağından Zabrat dairəsinə qədər olan sahəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. "Azəryolservis" ASC-dən SİA-ya verilən məlumata görə, göstərilən istiqamətdə hərəkətin məhdudlaşdırılması yolun asfalt-beton örtüyünün təmiri ilə əlaqədardır. Bununla əlaqədar sürücülərdən alternativ yollardan istifadə etməyi xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə