"Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür və bir çox məsələlərin müzakirəsinə cəlb olunub". SİA-nın xəbərinə görə, bunu Ukraynanın xarici siyasət idarəsinin rəhbəri Konstantin Qrişşenko Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə keçirdiyi brifinqdə deyib: "Ukraynada da öz növbəsində ATƏT-ə sədrlik etməyə hazırlaşır. Bununla əlaqədar münaqişələrin həlli mühüm əhəmiyyət kəsb edir".
Elmar Məmmədyarov isə: "Ümidvarıq ki, Ukraynanın ATƏT-ə sədrliyi dövründə bu məsələdə hansısa irəliləyişə nail ola biləcəyik. Hesab edirik ki, artıq vaxt çatıb, status-kvo vəziyyəti qəbuledilməzdir", - deyə əlavə edib.
Görüş zamanı müzakirə olunan məsələlərə gəlincə Ukraynalı nazir bildirib ki, tərəflər arasında Azərbaycan-Ukrayna Prezidentlər Şurasının növbəti iclasına hazırlıq, bununla əlaqədar Azərbaycan prezidentinin Ukraynaya rəsmi səfərinə hazırlıq məsələlərinin, iki ölkənin Diplomatiya Akademiyaları arasında əməkdaşlıq məsələləri də müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB