Azərbaycan-Yunanıstan diplomatik münasibətlərinin 20 illiyi münasibətilə konsert təşkil olunub

Azərbaycanın Yunanıstandakı səfirliyinin təşkilatçılığı ilə Afinada 28 May-Respublika Günü və Azərbaycan-Yunanıstan diplomatik münasibətlərinin 20 illiyi münasibətilə konsert təşkil olunub. SİA-nın məlumatına görə, konsertdə məşhur skripkaçı Səbinə Rakçeyeva və pianoçu Vaqif Sadıxov qonaqlara Azərbaycan bəstəkarlarının klassik musiqi əsərlərini, xalq mahnıları üzrə improvizasiyaları təqdim ediblər. Azərbaycan musiqiçilərini zərb alətlərində yunan, ud alətində isə iraqlı ifaçılar müşayiət edib.

Qeyd edək ki, tədbirdə Yunanıstanın Xarici İşlər Nazirliyinin əməkdaşları, deputatlar, biznes dairələrinin, Afinada akkreditə olunmuş diplomatik korpusun, KİV-lərin, yunan ictimaiyyətinin və Azərbaycan icmasının nümayəndələri iştirak edib. Yunanıstanda işgüzar səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qənirə Paşayeva da tədbirdə iştirak edib. Ümumilikdə 600-dən çox tamaşaçının izlədiyi konsert böyük rəğbətlə qarşılanıb.


Bütün xəbərlər Facebook səhifəmizdə