Prezident İlham Əliyev  \"Xəzər neft, qaz\" sərgisinin açılışında iştirak edib

Prezident İlham Əliyev \"Xəzər neft, qaz\" sərgisinin açılışında iştirak edib

Xəbər verdiyimiz kimi, bu gün Bakı Sərgi Mərkəzində XIX Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimyası – 2012" sərgisi öz işinə başlayıb. SİA-nın xəbərinə görə, sərginin açılışında Prezident İlham Əliyev iştirak edib. Prezident İlham Əliyev sərginin ekspozisiyaları ilə tanış olub.


Qeyd edək ki, hər il keçirilən "Caspian Oil and Gas" sərgisi Azərbaycan sərgi sənayesinin aparıcı qüvvəsi olmaqla yanaşı, regionun neft sektorunu təmsil edən aparıcı ekspertləri və əsas şirkətləri bir yerə toplayır. Sözügedən sərgi və konfransa hökumət strukturları tərəfindən xüsusi diqqət və dəstək göstərilir. Sərgi və konfransda 30-dan artıq ölkənin 300-dən çox şirkəti iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə