Elşad İsgəndərov: “Dini icmalar və dindarlar başqa planetin nümayəndələri deyil” - MÜNASİBƏT

"Azərbaycanda bütün sahələrdə olduğu kimi, milli dini durum sahəsində də müsbət irəliləyişlər var. Dini icmalar və dindarlar başqa planetin nümayəndələri deyil. Onlar gündən-günə inkişaf edən, Azərbaycanda yaşayırlar". SİA-nın veridiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni sədri Elşad İskəndərov deyib.


E.İskəndərov sözlərinə görə, ölkədə dini durumla bağlı spesifik problemlər var: "Ən böyük təhlükə ayrı-ayrı dövlətlər tərəfindən dini zəminin siyasi maraqlar naminə istifadə olunması cəhdləridir. Bu hal son zamanlar daha da artıb. Azərbaycan dövləti bütün dini modellərə, ayrı-ayrı ölkələrin getdiyi yola hörmətlə yanaşır. Biz eyni hörmətin Azərbaycandakı dinin dövlətdən ayrı olması modelinə də edilməsini tələb edirik".


E.İskəndərov həmçinin qeyd edib ki, Azərbaycanın dini siyasəti dünyəvi dövlətçiliyi möhkəmləndirmək istiqamətində qurulub: "Azərbaycan müstəqillik qazanandan sonra xarici dövlətlər bu siyasəti pozmaq sahəsində bir iş görə bilməyib və bilməyəcəklər. Ona görə bu siyasətdən əl çəkmək ən yaxşı yoldur".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...