Ana Vətən Partiyası bəyanat verdi

Ana Vətən Partiyası bəyanat verib. Ana Vətən Partiyasının Mərkəzi Şurasından SİA-ya verilən məlumatda deyilir: "Son aylar "Human Rights Wateh" və "Amnesty İnternational" təşkilatlarının intensiv xarakter daşıyan antiazərbaycan kampaniyasına Avropa Parlamentinin də qatılması təəssüf və təəcüb doğurmaya bilmir.

Erməni lobbisi tərəfindən maliyyələşdirilən və təşkil olunan antiazərbaycan kampaniyaları ölkəmizə şər, böhtan və iftiralar yağdırmaqda davam edir. Respublikamızın güclənməsi, dövlətçiliyimizə və milli maraqlarımıza xidmət edən müstəqil xarici siyasətimizin verdiyi uğurlu nəticələr Azərbaycana düşmən kəsilən qüvvələri getdikcə daha da narahat etməkdə, dövlətimizə qarşı hücumları intensivləşdirməkdədir.

Erməni lobbisinin maliyyələşdirdiyi bir sıra QHT-i və bəzi siyasi qüvvələrin həqiqət yükünü daşımayan, böhtan dolu dosyeləri əsasında antiazərbaycan mahiyyətli qətnamənin qəbul edilməsi Avropa Parlamentinin imicinə böyük ləkə, bu quruma Azərbaycan arasındakı yüksək münasibətlərə ağır zərbədir.

Ana Vətən Partiyası iftira və böhtan mahiyyəti daşıyan bu tip qərəzli qətnamələri qətiyyətlə pisləyir və Avropa Parlamentinin qəbul etdiyi ədalətsiz qətnamədən imtina etməyə çağırır".



Bütün xəbərlər Facebook səhifəmizdə

loading...