Gənclər Əli Kərimlini xəyanətkar adlandırdı

Bu gün AXCP sədri Əli Kərimlinin evinin qarşısında çoxsaylı fəal gənclərdən ibarət aksiya keçirilir. SİA-nın verdiyi xəbərə görə, aksiyda gənclər əllərində müxtəlif plakatlarda "Əli Kərimli +İran mollası = milli xəyanət", "Rədd olsun İran casusu Əli Kərimli", "Hər yerə işlədin, vətəndən başqa", İran saxta olur, ehtiyatlı ol, Baba" və s şüarlar səsləndiriblər. Çoxsaylı fəal gənclərin iştirak etdiyi aksiyada gənclər Əli Kərimlinin ünvanına Vətənə xəyanət etdiyini, İrana dost qardaş olduğunu dilə gətiriblər.

Aksiyda həmçinin qeyd olunub ki, Əli Kərimli kimi adamlar və molla əhatəsində olanlar gəncləri pis yola çəkir, molla rejiminə xidmət edərək vətənə əsl xəyanət nümayiş etdirir.

Qeyd edək ki, hazıda Əli Kərimlinin evinin qarşısında çoxsaylı fəal gənclərdən ibarət aksiya davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...