Millət vəkili: “Eurovision” da hansısa ifaçı siyasi çağırışalar etsə, öz ölkəsinin imicinə ağır zərbə vurmuş olar”

Millət vəkili: “Eurovision” da hansısa ifaçı siyasi çağırışalar etsə, öz ölkəsinin imicinə ağır zərbə vurmuş olar”

"Eurovision" müsabiqəsi mədəni tədbir olduğu üçün iştirakçılar siyasi çağırışlar edə bilməzlər. Bu müsabiqənin prinsiplərinə ziddir". SİA-nın xəbərinə görə, bunu millət vəkili Məlahət İbrahımqızı deyib. Onun sözlərinə görə, hansısa ifaçının bu cür hallara yol verməsi isə yalnız onun özünün təmsil etdiyi ölkənin imicinə vurulan ağır zərbə olar: "Eurovision" mahnı müsabiqəsi müstəqil Azərbaycanı və onun uğurlarını beynəlxalq müstəvidə təbliğ etmək baxımından önəmli vasitədir. Bu, Azərbaycanın beynəlxalq imicinin daha da yüksəlməsinə böyük təsir göstərdiyi üçün ölkəmizin uğurlarını həzm edə bilməyən bəzi dairələr daha da fəallaşdı və ilk gündən "Eurovision" yarışmasının Bakıda keçirilməsinə qarşı çıxmağa başladı. "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində bəzi beynəlxalq və yerli təşkilatlar, həmçinin müxalifət partiyalarının rəhbərləri müsabiqədə iştirak edəcək müğənniləri siyasi bəyanatlarla çıxış etməyə və Azərbaycanda demokratiyaya dəstək verməyə çağıracaqları ilə bağlı açıqlamalar vermişdilər. Lakin antiazərbaycançı şəbəkənin qulluqçuları bilməlidirlər ki, bu cür vasitələrlə Azərbaycan dövlətini inkişafdan saxlamaq və ya qazanılan uğurların üzərinə kölgə salmaq mümkün deyil".

Millət vəkili deyir ki, "Eurovision" mahnı müsabiqəsinin Bakıda keçirilməsinə qarşı bu müsabiqənin siyasiləşdirilməsi istiqamətində daxili və xarici dairələr tərəfindən edilən cəhdlər uğursuz olacaq: "Təəssüf ki, bəzi dairələr bu beynəlxalq səviyyəli tədbirin Bakıda keçirilməsindən sui-istifadə edərək ölkəmizin imicinə zərbə vurmağa cəhd göstərirlər. Bir sıra beynəlxalq təşkilatlar, ölkəmizdə fəaliyyət göstərən bəzi müxalifət partiyaları və QHT-lər \"Eurovision\" mahnı müsabiqəsini siyasiləşdirməyə çalışırlar. Bütün bunların heç bir əsası yoxdur. Vətənpərvərlik hissi olan hər bir insan bu nüfuzlu tədbirin ölkəmizdə keçirilməsindən qürur duymalıdır. Çünki bu tədbirin yüksək səviyyədə keçirilməsi, Azərbaycanın beynəlxalq imicini daha da gücləndirəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə