Rasim Musabəyov: “İran anlamalıdır ki, Azərbaycanı ona qarşı müdafiə etmək istəyən böyük qüvvələr var”
"Faktiki olaraq İran ikitərəfli münasibətləri çox aşağı səviyyəyə endirməkdə maraqlıdır". SİA-nın xəbərinə görə, bunu millət vəkili Rasim Musabəyov deyib: "İranlılar bura gəlib-gedirlər. Bu zəmində onların İran və Azərbaycanda olan mövcud durumu müqayisə etmək imkanları olur və fərz edirəm ki, bu cür hallar həmin o molla rejimini narahat etməyə başlayıb. Bunlar suni şəkildə, hansısa əsaslar axtararaq iki ərəfli münasibətləri pozmaq, Azərbaycanı günahkar çıxartmaq istəyirlər. Bu əslində çox cılız, sovetsayağı bir təbliğat və davranışdır. Onlara uğur gətirəsi deyil. Mənə elə gəlir ki, biz soyuqqanlılıq nümayiş etdirsək, böyüklük nümayiş etdirsək, daha düzgün olar. Bəzi ayətullahlar İranda Azərbaycana qarşı suni şəkildə etirazlar təşkil etdirlər. Burada heç də xoşa gəlməyən Azərbaycan rəhbərliyinin ünvanına böhtan və yalanların səsələndirilməsidir", -deyə o əlavə edib.
Millət vəkili vurğulayıb ki, rəsmi Tehranın addımlarına baxmayaraq rəsmi Bakının mövqeyi dəyişməz olaraq qalır. R. Musabəyov deyir ki, İran tərəfindən Azərbaycanın təhlükəsizliyinə xələl gətirməklə bağlı hansısa addımlar cavabsız qalmayacaq: "Biz prinsipial mövqe tutmuşuq və fərz edirəm ki, bu mövqeyimizdə qalmalıyıq. Baxmayaraq ki, İran özünü cox riyakar aparır. Azərbaycanla bağlı qətnamə BMT-nin Baş Assambleyasında müzakirə olunanda salonda ola-ola özünü qeydiyyata salmayaraq səs vermədən boyun qaçırmışdı. Halbuki, onun qonşu dövlət kimi, İslam dövləti kimi əraziləri işğal altında olan Azərbaycana dəstək vermək borcu idi. Lakin o, bundan boyun qaçırmışdı. Bu zəmində İranın Azərbaycandan dəstək ummaq üçün heç bir haqqı, əsası yoxdur. Eyni zamanda İran tərəfindən hansısa hədə, provokasiya addımları atılarsa, vəziyyət heç də ürəkaçan olmayacaq. Çünki İran rəhbərləri anlamalıdırlar ki, Azərbaycanı böyük məmnuniyyətlə İrana qarşı müdafiə etmək üçün çox böyük qüvvələr var. Onların qarşısında İran heç nədir. Bu heç də təkcə Qərb deyil. Yada salmaq istəyirəm ki, aprel ayında Azərbaycana Türkiyənin Baş qərargah rəisi gəlmişdi. Ondan əvvəl Pakistanın Baş qərargah rəisi gəlmişdi və açıq şəkildə buradan elan etmişdilər ki, Azərbaycan heç də dəstəksiz deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB