İsmail Səfi: "Ermənistan-Türkiyə münasibətləri Qarabağın Azərbaycana qaytarılmasından asılıdır"

İsmail Səfi: "Ermənistan-Türkiyə münasibətləri Qarabağın Azərbaycana qaytarılmasından asılıdır"

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Ermənistanın paytaxtı İrəvanda keçirilən iclasında çıxış edən Türkiyə nümayəndə heyətinin rəhbəri İsmail Səfi bildirib ki, Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsi Dağlıq Qarabağın Azərbaycana qaytarılmasından asılıdır. O, həmçinin prosesin qondarma "erməni soyqırımı" ilə bağlılığını da önə çəkib.


Türkiyə mediası xəbər verir ki, İ.Səfi çıxışında göstərdiyi problemlərin asanlıqla həll edilən olmadığını da vurğulayıb. O, həm Ermənistan, həm də Türkiyə rəhbərliklərini, eləcə də beynəlxalq ictimaiyyəti sadaladığı məsələlərə konstruktiv yanaşmağa çağırıb. "Qara dəniz ölkələri problemlərin həlli üçün bir-biriləri ilə daimi dialoqda olmalıdırlar. Bunlar beynəlxalq hüququn tələblərinə, ATƏT-in Minsk Qrupunun sülhyaratma missiyasına uyğun şəkildə aradan qaldırılmalıdır", - deyə o bildirib.


Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Ermənistanda keçirilən iclasında ölkəmizin təmsilçiləri də iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə