Konstitusiya Məhkəməsinin sədri Seula gedib

Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Asiya Konstitusiya Məhkəmələrinin beynəlxalq Məhkəmə Konqresində iştirak edir.

Konstitusiya Məhkəməsindən SİA-ya verilən məlumata görə, Fərhad Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikası Konstitusiya Məhkəməsinin sədri Kank-Kuk Linin dəvəti ilə Seul şəhərində rəsmi səfərdədir. Mayın 24-dək davam edəcək səfərin məqsədi Asiya Konstitusiya Məhkəmələrinin beynəlxalq Məhkəmə Konqresində iştirak etməkdir.

Səfər çərçivəsində, həmçinin Koreya Respublikası Konstitusiya Məhkəməsinin sədr və hakimləri ilə məhkəmə-hüquq əməkdaşlığının perspektivləri barədə müzakirələrin aparılması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...