Əli Həsənov məcburi köçkünlərlə görüşüb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Şəki və Mingəçevir şəhərlərində olub. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, komitə sədri hər iki şəhərdə məcburi köçkünlər üçün yeni inşa olunan yaşayış komplekslərinin tikintisi ilə tanış olaraq müşavirə keçirib.


Tədbirdə qeyd olunub ki, ötən ilin dekabrından başlayaraq Mingəçevirdə məcburi köçkünlər üçün yeni yaşayış kompleksi inşa olunur. 10 hektar ərazidə 10 ədəd 9 mərtəbəli yaşayış binası tikilir. Eləcə də kompleksdə 480 şagird yerlik məktəb, 50 yerlik uşaq bağçası, klub ictimai mərkəz və digər sosial obyektlərin inşası aparılır. 502 ailə üçün nəzərdə tutulan kompleksin avqust ayında istifadəsi nəzərdə tutulub. Kompleksə Mingəçevir şəhərindəki məktəblərdə həmçinin istismar müddəti başa çatan Finn qəsəbəsində məskunlaşan ailələrin köçürülməsi planlaşdırılır.


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tikinti işləri ilə yerindəcə tanış olub. Komitə sədri müşavirə keçirərək, podaratçı təşkilatların işləri ilə yaxından tanış olub və müvafiq tapşırıqlarını verib.


Əli Həsənov daha sonra Mingəçevir şəhərində məskunlaşan məcburi köçkünlərin problemləri ilə maraqlanıb. Məcburi köçkünləri narahat edən problemlərin həll olunması yönümündə müvafiq tapşırıqlar verib.


Komitə sədiri bildirib ki, hazırda respublikanın 9 rayonunda məcburi köçkünlər üçün yeni mənzillər tikilir: "Bu il 10 mindən yuxarı məcburi köckün ailəsi yeni mənzillərlə təmin ediləcək və növbəti ildə bu ilkindən də böyük həcmli işlər aparılacaq. Bu iln sonunda ilk dəfə olaraq Bakı şəhərinə yataqxanalarda məskunlaşan köçkünlərin köçürülməsi prosesi başlayacaq. Çünki bu yataqxanalarda 50 minə yaxın ailə yaşayır. Bu köçürülmə isə xeyli vaxt araracaq".


Şəki şəhərində də olan komitə sədri Əli Həsənov burada da məcburi köçkünlər üçün tikilən evlərə baxış keçirib, eyni zamanda tapşırıqlarını verib. Komitə sədri bildirib ki, bildirib ki, Şəki də ilk dəfədir ki, məcburi köçkünlər üçün qəsəbə salınır: "Bu qəsəbə 453 ev və sosial obyektlərdən ibarət olacaq. Burada müasir tipli 360 yerlik orta məktəb və uşaq bağçaları da inşa olunacaq. Qəsəbədəki işlərin iyul ayının axırına qədər yekunlaşacağı gözlənilir. İlin sonuna qədər qəsəbəyə Şəki şəhərində məskunlaşan məcburi köçkünlərin köçürməsinə başlanacaq".


Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...