Aydın Hüseynov: “Ölkəmizin nailiyyətlərinə qısqanclıqla yanaşmaq düzgün deyil”

\"İranla Azərbaycan tarixən bir-birinə yaxın dövlətlər olub. Lakin buna baxmayaraq son vaxtlar erməni lobbisinin təhriki ilə İranda bəzi qüvvələr Azərbaycan dövlərinə, xalqına, onun apardığı müstəqil siyasətə qarşı fikirlər səsləndirirlər, çıxışlar edirlər\". Bunu Səs TV-yə açıqlamasında Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Aydın Hüseynov bildirib. Onun sözlərinə görə, Azərbaycan dövləti müstəqil siyasət aparır və bu da onun siyasi iradəsini əks etdirir:


"Ölkəmizin hər bir nailiyyəti Azərbaycan xalqının və ölkə başçısı cənab prezident İlham Əliyevin gərgin zəhməti nəticəsində əldə olunub. Bütün bunlara da qısqanclıqla yanaşmaq düzgün deyil".


A.Hüseynov hesab edir ki, bunların kökündə Azərbaycanın nailiyyətlərini istəməyən qüvvələrin və konkret olaraq erməni lobbisinin təsiri altında Azərbaycan xalqına qarşı İran tərəfindən iftiraların olması durur:


"Sözsüz bunlar qəbul oluna bilməz. Azərbaycan xalqı, xüsusilə onun gəncləri də buna öz etirazını bildirməlidir. Hər bir dövlət bilməlidir ki, başqa bir dövlətə qarşı hər hansı bir tərzdə münasibət bəsləyəcəksə, o tərzdə də adekvat cavablarını alacaqlar. Azərbaycanda keçirilən "Avroviziya" öncəsi ölkəmizə yönəlik bu tərzdə davranmağın konkret səbəbləri də artıq məlumdur".

Bütün xəbərlər Facebook səhifəmizdə