Bu gün Milli Məclisdə Birləşmiş Millətlər Təşkilatı (BMT) Uşaq Hüquqları Komitəsinin Azərbaycan dövlətinə ünvanlıdığı yekun müşahidələrə həsr olunan dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən Milli Məclisin vitse-spikeri Bahar Muradova çıxış edərək bildirib ki, Azərbaycanda uşaq hüquqlarının müdafiəsi hər zaman dövlətimiz üçün prioritet məsələlərdən biri olub. Bununla yanaşı parlamentdə hər zaman uşaq hüquqları ilə bağlı məsələlərə xüsusi diqqət yetirilir və müxtəlif qanunlar qəbul edilir.
1992-ci ildən Azərbaycanın uşaq hüquqları ilə bağlı konvensiyaya qoşulduğunu deyən vitse-spiker B.Muradova qeyd edib ki, sonradan Azərbaycan müxtəlif beynəlxalq qanunları və konvensiyaları ratifikasiya edib: \"Azərbaycanda uşaq hüquqları ilə bağlı sonuncu dövrü hesabat cari ilin yanvar və fevral aylarında BMT Uşaq Hüquqları Komitəsinin 59-cu sessiyasında təqdim olunub. Müzakirələr zamanı Azərbaycan tərəfi ilə BMT Uşaq Hüquqları Komitəsi arasında maraqlı dialoq yaranıb. Azərbaycan hesabatını dinləyən, onun üzərində müəyyən müşahidələr aparan komitə müəyyən məsələrlə bağlı Azərbaycana öz təkliflərini verib. Azərbaycan parlamenti olaraq bu təkliflərdə göstərilən, qanunvericilikdə mövcud olan boşluqlarla bağlı müəyyən sahələr üzə müvafiq işlərin görürləməsi həyata keçirir\".
Dəyirmi masanın davamında UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli və digər qonaqlarda bu sahədə mövcud olan vəziyyətlə bağlı ətraflı məlumat veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB