Bu gün bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Bu gün Bakı şəhərində \"Eurovision 2012\" mahnı müsabiqəsinin ilk yarımfinalının keçirilməsi ilə əlaqədar bir sıra yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov SİA-ya açıqlamasında deyib ki, müvafiq olaraq axşam saat 19:00-dan tədbir başa çatana qədər paytaxtın Bayıl meydanı, Neftçilər prospektindən Yusif Səfərov küçəsinin kəşisməsinə qədər, Neftçilər prospektinə bitişik, kəsişən və paralel küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
O bildirib ki, nəqliyyat vasitələrinin hərəkət istiqamətləri müvafiq olaraq, \"20-ci sahə\" dairəsindən dağüstü yolla Badamdar qəsəbəsinə, Bayıl qəsəbəsindən Xanlar küçəsinə, oradan isə Dağüstü park yolu ilə Parlament prospektinə tərəf, Şeyx Şamil və Niyazi küçələrindən sola İstiqlaliyyət küçəsinə, Afiyəddin Cəlilov küçəsindən isə sağa Yusif Səfərov küçəsinə yönəldiləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə