\"Xaricdə Təhsil Alan və Məzun olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu" – ASAIF 40 yaxın ölkədə sahib olduğu geniş tələbə və məzunlar şəbəkəsi vasitəsi ilə Azərbaycanda keçirilən "Eurovision" mahnı müsabiqəsini dəstəkləməyə davam edir. ASAIF-dən SİA-ya verilən məlumata görə, ölkəmizi dəstəkləyən və təbliğ edən video-çarxlar, məqalələr, müxtəlif tədbirlərdən sonra ASAIF "One Team One Mission, Once More Eurovision" kampaniyasına start verib.
Kampaniyanın mahiyyəti Azərbaycanı növbəti dəfə "Eurovision" mahnı müsabiqəsində qalib etmək məqsədi ilə xaricdə təhsil alan və yaşayan gənclərimiz və həmvətənlərimiz vasitəsi ilə vətənimizə dəstək aksiyalarının keçirilməsidir. Almaniya, Böyük Britaniya, Hollandiya, Avstriya, Fransa, Macarıstan, Latviya, Litva, Ukrayna, Rumıniya, İspaniya və digər Eurovision iştirakçısı ölkələrdə təhsil alan gənclərimiz təhsil aldıqları universitetlərdə aktiv təbliğat işinə başlayıb. Gənclərimiz Final günü ölkəmizi dəstəkləmək məqsədi ilə yarışmanı əcnəbi dostları ilə birlikdə izləyəcək, onlara Azərbaycan haqqında daha geniş məlumat verəcək və səs vermə zamanı ölkəmizə gələcək olan xalları maksimum etmək üçün bütün şəxsi tanışlıqlarından və dostluqlarından istifadə edəcəkdir. Aktiv təbliğat kampaniyası həmçinin internet səhifələri, sosial şəbəkələr, bloqlar və s. vasitəsi ilə dəstəklənəcəkdir.
Qeyd edək ki, ASAIF-in başladığı bu aksiyaya bir çox təşkilat və qurumlar dəstək verməkdədirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB