NATO-nun baş katibi Anders Foq Rasmussen ABŞ-ın Çikaqo şəhərində keçiriləcək NATO sammiti öncəsində açıqlama verib. Rasmussen bildirib ki, bu dəfə ki, sammit NATO tarixinin ən böyük sammiti olacaq. Sammitin Çikaqo şəhərində keçirilməsi isə ona xüsusi ab-hava qatacaq. Belə ki, onun sözlərinə görə, Çikaqo NATO-nun bütün cizgilərini özündə birləşdirən və digər dünya şəhərlərinə ilham verən şəhərdir.
"Sammitdə 3 əsas mövzu müzakirə olunacaq. Bunlar məlum olduğu kimi NATO əsgərlərinin Əfqanıstandan tamamilə çıxarılması və Əfqan xalqına dəstək məsələsi, iqtisadi problemlər və təhlükəsizlik məsələləri, həmçinin, tərəfdaşlar arasında əlaqələrin möhkəmləndirilməsi məsələləridir" - deyə Rasmussen fikirini ifadə edib.
Rassmusen, həmçinin, sammitdə Şimali Amerika ilə Avropa arasında olan qırılmaz əlaqələrin qorunması və NATO-nun 21-ci əsrin problemləri ilə mübarizə apara bilməsi üçün təşkilatın gücləndirilməsi məsələlərinin də əsas müzakirə mövzusu olacağını əlavə edib.
Qeyd edək ki, zirvət toplantısında 60-a yaxın ölkə problemlərin həlli üçün bir araya gələcək./anspress/
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB