Yaponiya səfirliyinin əməkdaşları Tərtərdə olub - FOTO

Yaponiya səfirliyinin əməkdaşları Tərtərdə olub - FOTO

Yaponiya səfirliyinin İqtisadi Əlaqələr və İqtisadi Əməkdaşlıq sektorunun direktoru Hideko Ono və səfirliyin layihələri üzrə koordinatoru Fumia Sugiyama Tərtərdə olub. Beynəlxalq Avrasiya Mətbuat Fondundan (BAMF) SİA-ya verilən məlumata görə, rəsmi qonaqlar BAMF-nunvə Yaponiya hökumətinin dəstəyi ilə regionda həyata keçirdiyi "Tərtər Regional Peşə və Təlim Mərkəzinin (PTM) təsərrüfatının genişləndirilməsi və təkmilləşdirilməsi" layihəsinin monitorinqini aparıblar. BAMF-ın sədri və sözügedən layihənin rəhbəri Umud Rəhimoğlu qonaqlara layihənin icrası barədə ətraflı məlumat verib.

Qonaqlar layihənin icra planına uyğun olaraq kənd təsərrüfatı texnikasının saxlanması üçün inşa edilən qaraja, çəkilmiş irriqasiya kanalına baxıb, eyni zamanda onlar artezian quyusunun qazılma prosesini müşahidə ediblər.

Sonra ABŞ Dövlət Departamentinin dəstəyi ilə 2009-2010-cu illərdə BAMF-ın həyata keçirdiyi layihə çərçivəsində inşa edilən Tərtər Regional Peşə və Təlim Mərkəzinə baş çəkən səfirlik əməkdaşları bütövlükdə Fondun fəaliyyətini cəmiyyət üçün çox əhəmiyyətli bir töhfə olduğunu qeyd ediblər.

U.Rəhimoğlu BAMF-ın 2002-ci ildən Yaponiya hökuməti ilə başlayan əməkdaşlığını yüksək qiymətləndirib, bundan sonra da birgə bir çox uğurlu layihələrə imza atacaqlarına ümid etdiyini bildirib.


Bütün xəbərlər Facebook səhifəmizdə