Beyləqanda enerji şəbəkəsinin baş mühəndisi həbs edilib. Baş Prokurorluqdan SİA-ya verilən məlumata görə, baş mühəndis Feyziyev Vahid İbrahim oğlunun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə rayon sakininin elektrik enerjisindən istifadəsi ilə əlaqədar qanunsuzluq hallarına yol verildiyi müəyyən edilib. Belə ki, V.Feyziyevin qanunazidd hərəkətləri barədə Beyləqan rayon sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161 - qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb.
Müəyyən edilib ki, rayonun Talıbxanlı kənd sakini yaşadığı kəndin ərazisində icarəyə götürdüyü 0,5 hektar torpaq sahəsində inşa etdirdiyi tikiliyə enerji sayğacının quraşdırılması üçün texniki şərtin alınmasına görə V.Feyziyevə müraciət etdikdə sonuncu ondan 200 manat rüşvət tələb edib.
Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində V.Feyziyev 2012-ci il mayın 8-də şəbəkənin inzibati binasındakı xidməti otağında vətəndaşdan 200 manat pulu rüşvət kimi alarkən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.
V.Feyziyev həmin pulları prokurorluq əməkdaşlarına təqdim edib və pullar hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilib.
Törətdiyi cinayət əməlinə görə V.Feyziyev barəsində Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə cinayət işi başlanıb. V.Feyziyev təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB