Elnur Aslanov: \"Gənclər Parlamenti hər hansı bir siyasi qrupun platforması deyil\" - MÖVQE

Elnur Aslanov: \"Gənclər Parlamenti hər hansı bir siyasi qrupun platforması deyil\" - MÖVQE

Azərbaycanda Gənclər Parlamentinin yaradılması ictimai debatlar və diskussiyalara başlamaq və onları aparmağa qadir gənc, intellektual və yaradıcı insanların aşkarlanmasına kömək edəcək. SİA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov deyib.

Onun sözlərinə görə, Prezident tərəfindən ötən il imzalanmış "Azərbaycan gəncləri 2011-2015-ci illərdə" Dövlət Proqramının həyata keçirilməsini nəzərə alaraq, Gənclər Parlamentinin yaradılmasına bu proqramın gənclər sahəsində olan problemlərin aşkarlanması, müzakirəsi və həllinə yönəlmiş ayrılmaz tərkib hissəsi kimi baxmaq lazımdır: "Cəmiyyətimizdə məşhur insanlar, Milli Məclisin, ictimai təşkilatların, media orqanlarının, ziyalıların nümayəndələrinin yaxşıların yaxşısını seçəcəkləri Gənclər Parlamenti hər hansı bir siyasi qrupun platforması deyil. Bu açıq diskussiyalar, rəy, baxışlar və ideyaların mübadiləsi üçün açıq məkandır. Buna görə də, bəzi qruplar tərəfindən Gənclər Parlamentinin yaradılması prosesini siyasiləşdirmək səyləri ümumilikdə yeni gənclər strukturunun məqsəd və vəzifələrinə ziddir" – deyə, o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə