Səfir: “Serbiya iki ölkə arasında iqtisadi əlaqələri siyasi əməkdaşlıq səviyyəsinə çatdırmaqda maraqlıdır”
\"Serbiya Azərbaycanla mövcud iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədir. SİA-nın xəbərinə görə, bunu Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Serbiya iki ölkə arasında iqtisadi əlaqələri siyasi əməkdaşlıq səviyyəsinə çatdırmaqda maraqlıdır. Bildirilib ki, son iki il ərzində Azərbaycan və Serbiya arasında iqtisadi əməkdaşlıq kifayət qədər inkişaf edib. Lakin ticarət dövriyyəsinin həcminə diqqət yetirilsə, aydın olar ki, ticarət əlaqələri istənilən səviyyədə deyil. Halbuki ticarət dövriyyəsinin artırılmasına böyük potensial var.
Z.Vayoviç həmçinin sözlərinə onu da əlavə edib ki, Azərbaycan tərəfindən Serbiya hökumətinə yol tikintisi üçün ayrılan kredit iki ölkə arasında ticarət dövriyyəsinin bir qədər də artmasına səbəb olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB