Beyləqan rayon Təhsil Şöbəsi haqlarında yazılan yanlış informasiyalarla bağlı bəyanat yayıb

Beyləqan rayon Təhsil Şöbəsi haqlarında yazılan yanlış informasiyalarla bağlı bəyanat yayıb

Beyləqan rayon Təhsil Şöbəsi, bəzi kütləvi informasiya vasitələri tərəfindən 10 may 2012-ci il tarixdə Ulu öndərin ad günü münasibəti ilə rayonun Heydər Əliyev parkında keçirilən gül bayramının təşkili məqsədilə məktəblərdən vəsait toplanması barədə çap olunmuş materiallara münasibət bildirərək qeyd edir ki, bu yazılardakı fikirlər şər və böhtan xarakterlidir. Rayon Təhsil Şöbəsinin müdiri T.Sadıqovun SİA-ya verdiyi məlumata əsasən rayonda 46 tam orta, 6 ümumi orta, 2 ibtidai məktəb olmaqla cəmi 54 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Məlumatda bildirilir ki, 10 may 2012-ci il tarixdə Heydər Əliyev parkında keçirilən gül bayramında bu məktəblərdən 7 şəhər məktəbi iştirak edib və onlar tərəfindən hazırlanan mədəniyyətimizə və dövlətçiliyimizə həsr olunmuş kompozisiyalarda rayonda həyətyanı təsərrüfatlarda becərilən təbii çiçəklərdən və qızıl güllərdən istifadə olunub: "Əlavə olaraq qeyd edirik ki, gül bayramının təşkili məqsədilə heç bir məktəbdən vəsait toplanmayıb. Bəzi kütləvi informasiya vasitələrində dərc olunan bu məlumatlar heç bir fakta söykənməyən şər və böhtandır".

Bütün xəbərlər Facebook səhifəmizdə