Millət vəkilləri Litvada Dialoq Avrasiya Platformunun dönəm başqanı ilə görüşüblər - FOTO
Litvada keçirilən "Sosial Media və Gənclik" adlı IV Avrasiya Gənclik Forumunda iştirak edən millət vəkili, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin sədri Qənirə Paşayeva və millət vəkili Ceyhun Osmanlı Dialoq Avrasiya Platformunun (DAP) dönəm başqanı Vladimir Sergeyçuk və baş katib İsmayıl Tasla görüşüb. SİA-nın məlumatına görə, DAP Azərbaycan üzrə Koordinatoru Mustafa Saatçının da iştirak etdiyi müzakirələrdə qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın və birgə layihələrin genişlənməsi vacibliyi ətrafında müzakirələr aparıblar. Millət vəkilləri Qənirə Paşayeva və Ceyhun Osmanlı bildiriblər ki, mədəniyyətlərarası və sivilizasiyalar arası dialoqun genişləndirilməsində qeyri-hökumət təşkilatlarının da üzərinə böyük yük düşür və Litvada keçirilən "Sosial Media və Gənclik" adlı IV Avrasiya Gənclik Forumu da mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafına dəstəkdir. Forumda 12 ölkədən nümayəndələrin, gənclərin iştirakı ilə keçirilən geniş müzakirələrin vacibliyini və əhəmiyyətini vurğulayan millət vəkilləri DAP-ın Ukraynada, Latviyada, Litva, Gürcüstan, Rusiya, Moldova təmsilçiləri ilə görüşüblər. DAP (Dialoq Avrasiya Platformunun) rəsmiləri Azərbaycanla bağlı həyata keçirməyi planlaşdırdıqları layihələr barədə də məlumat veriblər. Onlar bildiriblər ki, bu ilin dekabr ayında keçirməyi planlaşdırdıqları "Bəxtiyar Vahabzadə" simpoziumu üzərində işləyirlər və bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün ciddi işlər gedir.
Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva da rəhbərlik etdiyi qurumun həyata keçirdiyi layihələr barədə məlumat verib və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Sonda DAP rəsmilərinə Azərbaycanla bağlı materiallar təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB