Daşnaksütün Partiyası Yerevandakı faşistləri maliyyələşdirir

Yerevanın mərkəzində yerləşən "DIY Pub" rok-klubuna növbəti dəfə hücum olunub. SİA-nın 168.az-a istinadən verdiyi məlumata görə, bu barədə obyekt sahibi Çomak Oqanezova erməni mətbuatına açıqlamasında bildirib ki, 7-8 gənc kluba daxil olaraq tüpürüb, "Faşizmə yox" plakatını yandırıb və digər xuliqan hərəkətləri edib. Onun sözlərinə görə, 16-17 yaşlı yeniyetmələr qaça biliblər. Yalnız iki nəfəri tutmaq mümkün olub. Hazırda onlar dindirilir.


Oqanezova bildirib ki, bu, kluba ikinci hücümdür və onlar başqa-başqa şəxslərdir: "Bunlar və əvvəlkilər müxtəlif yaş qruplarında olan insanlardır. Onlar eyni zorakı ideyalara mənsub müxtəlif qruplardır. Bunlar dəqiq faşistlərdir".


Qeyd edək ki, mayın 8-də iki gənc "DIY Pub"da partlayış və yanğın törətmişdi. Həmin şəxslər saxlanılsalar da, Çomak Oqanezovanın sözlərinə görə, zaminə buraxılıblar. Onlara görə lazım olan məbləği isə Ermənistan parlamentinin deputatları, Daşnaksütun Partiyasının üzvləri Arçvik Minasyan və Qrayr Karapetyan ödəyiblər. Oqanezova bəyan edib ki, onun klubuna qarşı həmin qrupları Daşnaksütun Partiyası maliyyələşdirir.


Arçvik Minasyan isə panorama.am saytına açıqlamasında məlumatı təsdiqləyərək həmin şəxsləri zaminə götürdüklərini bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...