Elçin Mirzəbəyli: “Mənim üçün vicdan məhbusu anlayışı yoxdur” - MÜNASİBƏT
Onun sözlərinə görə, radikal düşərgədə təmsil olunan insanların həyat tərzinə diqqət yetirsək onların yaşayış tərzi Azərbaycandakı orta yaşayış səviyyəsindən heç də aşağı səviyyədə deyil, əksinə yüksəkdir: "Bu baxımdan hesab edirəm ki, İ.Qəmbərin \"Azərbayda əhalinin böyük hissəsi çörək pulu, iş dalınca ölkəni tərk edib\" söyləməsi absurd fikirlərdən başqa bir şey deyil. Son dövrlər neft sektorunun inkişafı və turizm sahəsində atılan addımlar Azərbaycanda heç də işsizliyin olduğundan xəbər vermir. Bu proses hələ də davam edir. Bununla da insanlar yeni iş yerləri qazanırlar. Əgər kimsə cəmiyyətdə özünü büruzə verə bilmirsə bu onun öz problemidir. Əvvəla işsizlik dünyanın hər bir yerində mövcuddur. Ona görə də hesab edirəm ki, bu İsa Qəmbər kimilərin hadisələrə öz pessimist düşüncə nöqteyi-nəzərindən yanaşmasından irəli gəlir".
E.Mirzəbəyli İsa Qəmbərin söylədiyi vicdan məhbusu məsələsinə də aydınlıq gətirib: "Kimin üçünsə vicdan şəxsi maraqların təmin olunması deyil bütün ölkənin maraqlarının təmin olunmasıdır. Vicdan məsələsi çox geniş bir anlayışdır. Mənim üçün vicdan məhbusu anlayışı yoxdur. Bu anlayış ümumiyyətlə çox mübahisəli bir məsələdir. Avropa Şurasının əksər toplantılarında da bu məsələ gündəmə gələrkən \"qəbul olunmayan bir anlayış\" olaraq dəyərləndirilib. Hesab edirəm ki, bu ayrı-ayrı qüvvələr tərəfindən ortaya atılmış manipulyasiyadan başqa bir şey deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB