Ermənistanda qəzet redaktoru prokuror tərəfindən döyülüb

Ermənistanda qəzet redaktoru prokuror tərəfindən döyülüb

"REGNUM" informasoya agentliyinin Ermənistan bürosunun redaktoru Ruben Qrdzelyan vəhşicəsinə döyülüb. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə Kotayk vilayətində xəsarət alanın anasının, hamilə həyat yoladaşının və iki azyaşlı uşağının gözü qarşısında baş verib. Aparılan araşdırma zamanı bəlli olub ki, xəsarət yetirənlədən biri Ermənistanını Kotayk vilayətində qanunlara nəzarət istintaqı üzrə prokuroru M.Mankiryan olub.

Məlumata görə, insidentin yaranmasına səbəb uşaqların Mankiryanın maşının hərəkətinə mane olmaları göstərilir. Məsələyə müdaxilə edən atanın Mankiryanla söz davası başlayıb. Daha sonra prokuror jurnalistə zərbələlər endirib. Avtomobildə olan daha üç şəxs də Qrdzelyan üstünə düşərək onu vəhşicəsinə döyüblər. "REGNUM" xəbər verir ki, dörd nəfər jurnalisti hüşunu itirənədək vurub.

Redaktor ayıldıqdan sonra isə polisə müraciət edib, tibbi müayinədən keçib. Ərizə təqdim edənədək jurnalist bilməyib ki, onu döyənlərdən biri sərxoş vəziyyətdə olan yüksək vəzifəli şəxsdir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə