Həmsədrlər: \"Fransa və Rusiya Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır\"
"Rusiyanın yeni prezidenti Vladimir Putinin imzaladığı ilk fərmanlardan biri xarici siyasət məsələləri ilə bağlıdır. Orada bildirilir ki, Rusiya ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ilə birlikdə aktiv fəaliyyəti davam etdirməlidir. Bu fəaliyyət 2009-2011-ci illərdə yüksək səviyyədə əldə olunmuş razılaşmalar nəzərə alınmaqla tərəflərə münaqişənin nizamlanmasında kömək etməyə əsaslanır. Düşünürəm ki, bu, Rusiyanın mövqeyini dəqiq ifadə edir\". SİA-nın məlumatına görə, bunu ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov deyib. Onun sözlərinə görə, Rusiya həmişə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olub və Rusiyanın vasitəçilik missiyası digər həmsədr ölkələrlə birlikdə davam etdirilməlidir.
İqor Popov həmçinin keçirilən görüşlər barədə də danışıb: "Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla münaqişənin həllinin aktual məsələlərini, prezidentlərin Soçi görüşündə əldə olunan razılaşmaların reallaşmasının aktual məsələlərini müzakirə etdik. Müzakirələrdə aprelin sonunda qoşunların təmas xəttində baş verən insidentlərə də toxunulub. Gələcək təmaslara gəldikdə, ümidvarıq ki, yaxın aylar ərzində təmaslarımız davam edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB