Musa Quliyev: “Azərbaycanın dünyaya günəş kimi doğması artıq böyük bir reallıqdır” - MÜNASİBƏT
Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqınınm bütün tarixi boyu yetişdirdiyi ən dahi şəxsiyyətdir. Bunu millət vəkili Musa Quliyev SİA-ya açıqlamasında deyib.
Millət vəkili bildirib ki, Heydər Əliyev böyük ictimai-siyası xadim, dövlət xadimi olmaqla yanaşı həm XX, həm də XXI əsrdə Azərbaycan dövlətinin qurulmasında, inkişafında misilsiz xidmətlər göstərib. Onun sözlərinə görə, bu gün də Azərbaycan dövlətçiliyi Heydər Əliyevin müəyyən etdiyi siyasi kursla davam edir və hələ uzun illər də davam edəcək.
"Nə qədər Azərbaycan xalqı var, Azərbaycanın müstəqilliyi olacaq və bu müstəqillik qüdrətlənəcək, dünyanın zəngin və qüdrətli dövlətlərindən birinə çevriləcək. Bu yolda prezidentin apardığı siyasət ən düzgün, balanslaşdırılmış siyasətdir. Dünya güclərini, daxili imkanları, potensialı, beynəlxalq vəziyyəti, nəzərə alaraq aparılan bir siyasətdir. Bizə də ildən-ilə böyük uğurlar gətirir. Bu günlərdə Azərbaycanın BMT TŞ-na sədrlik etməsi bizim nə qədər qüdrətli dövlət olmamızı bir daha sübut edir. 10 il öncə biz bunları yalnız arzu edə bilər və yaxud onların həyata keçməsinə ümidsiz yanaşa bilərdik. Bir neçə gündən sonra "Eurovision"un da Azərbaycanda keçirilməsi son illər ölkənin əldə etdiyi uğurlardan biridir. 2020-ə qədər Azərbaycanın hədəfləri çox realdır və ölkəni daha da irəli aparacaq. Bu hədəflər Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxarmağa yönələndir. Azərbaycanın dünyaya günəş kimi doğması artıq böyük bir reallıqdır. Buna görə də Heydər Əliyev Azərbaycan xalqının taleyində və gələcəyində ən işıqlı bir sima kimi daim yaşayacaq. Hər bir azərbaycanlı bu böyük insanı nəsildən-nəsilə böyük xatirələrlə yad edəcək", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB