Millət vəkillərinin uılu öndərlə bağlı düşüncələri - MÜNASİBƏT

Millət vəkillərinin uılu öndərlə bağlı düşüncələri - MÜNASİBƏT

"Xatirə insan yaddaşında baş verən hadisələrin daşlaşmış vəziyyətidir. Bizim milli yaddaşımız isə ulu ömdərin fəaliyyətinə olan sədaqəti ifadə edirik". SİA-nın xəbərinə görə, bunu millət vəkili Rəbiyyət Aslanova ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini və fikirlərini bölüşərkən deyib.

\"\"

Millət vəkili bildirib ki, bütün illər ərzində həyatda baş verən proseslər, bizlərin ictimai-siyasi xadim formalaşması ulu öndər Heydər Əliyev əməyinin məhsuludur. Millət vəkilinin sözlərinə görə, Azərbaycan xalqı və həyatında ulu öndərin oynadığı rol öz əksini tapıb: "Azərbaycan vətəndaşlarını və dövlətini dünyada tanıdan ulu öndər olub. Bu gün Azərbaycanın əldə etdiyi uğurlar da onun adı ilə bağlıdır".

\"\"

Millət vəkili Rövşən Rzayevin sözlərinə görə, əsrlər keçsə də çətin ki, ulu öndər kimi dahi Azərbaycana gəlsin. O vurğulayıb ki, ümumilli lider 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkədə siyasi sabitliyin bərqərar olması ilə yanaşı, iqtisadi yüksəlişə də imza atıldı: "Azərbaycan iqtisadiyyatı dirçəlməyə başladı. Heydər Əliyevin apardığı uğurlu siyasət nəticəsində bu gün Azərbaycan çiçəklənir, ölkə günü-gündən inkişaf edir. Azərbaycan var olduqca, ulu öndər Heydər Əliyev daima yaşayacaq və onun layiqli davamçı prezident İlham Əliyevin sayəsində ölkəmiz daha da irəliyə gedəcək".

\"\"

Millət vəkili Fəttah Heydərov isə bildirib ki, Azərbaycan var olduqca 10 may tarixi qeyd olunacaq: "Bu gün Heydər Əliyev haqqında hər bir azərbaycanlı ürəklə danışır. Heydər Əliyev müstəqil, azad və müstəqil bir dövləti qurdu, Azərbaycanın müstəqilliyini təmin etdi. Hakimiyyəti dövründə böyük quruculuq işləri gördü, Azərbaycanın sənət adamları, mədəniyyət işçilərinə yüksək qiymət verdi. Bu gün ölkədə gedən quruculu-abadlıq işlərinin hər biri Heydər Əliyevin varlığı və adı ilə bağlıdır".

\"\"

Millət vəkili Bəxtiyar Əliyev isə Heydər Əliyevin Azərbaycanın şöhrət və ləyaqət rəmzi olduğunu deyib. O bildirib ki, Azərbaycan xalqı və dövləti üçün Heydər Əliyev şəxsiyyəti hər zaman mühüm əhəmiyyət kəsb edir. \"Vaxtilə ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bu gün artıq dünya Azərbaycan həqiqətlərini görür, necə önəmli dövlət olduğunu anlayır və dərk edir. Ümummilli lider ölkədə demokratik parlamentin əsasını qoydu".

Bütün xəbərlər Facebook səhifəmizdə